Yunanıstan çempionatının qalibi müəyyənləşdi

Yunanıstan çempionatının qalibi müəyyənləşdi XXIX turda "Olimpiakos" "Panatinaikos"u qəbul edib
Futbol
12 Aprel , 2021 09:22
Yunanıstan çempionatının qalibi müəyyənləşdi

Futbol üzrə Yunanıstan Super Liqasının qalibi bəlli olub.

"Report"un məlumatına görə, XXIX turda "Olimpiakos" "Panatinaikos"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xalını 76-ya yüksəldən "Olimpiakos" mövsümün bitməsinə 7 tur qalmış 46-cı çempionluğunu təmin edib.

İkinci sıradakı "Aris"in 54 xalı var. İlk "3-lüy"ü 51 xalla POAK qapayır.

Son xəbərlər

Orphus sistemi