Yayda müqaviləsi başa çatacaq futbolçuların rəmzi yığması açıqlandı

Yayda müqaviləsi başa çatacaq futbolçuların rəmzi yığması açıqlandı Nüfuzlu BBC nəşri cari mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçuların rəmzi yığmasını açıqlayıb.
Futbol
10 Fevral , 2021 21:46
Yayda müqaviləsi başa çatacaq futbolçuların rəmzi yığması açıqlandı

Nüfuzlu BBC nəşri müqaviləsi cari mövsümün sonunda başa çatacaq futbolçuların rəmzi yığmasını açıqlayıb.

"Report" xəbər verir ki, ən yaxşı "11-liy"in əsas ulduzu İspaniya "Barselona"sının kapitanı Lionel Messidir.

Siyahıda "Real Madrid"in müdafiəçisi Serxior Ramosla İngiltərənin "Mançester Siti" komandasının hücumçusu Serxio Aqureonun da adı var.

Qapıçı: Canluici Donnarumma ("Milan", İtaliya)

Müdafiəçilər: Serxio Ramos ("Real Madrid", İspaniya), Cerom Boatenq, David Alaba (hər ikisi "Bavariya", Almaniya)

Yarımmüdafiəçilər: Memfis Depay ("Lion", Fransa), Fernandinyo ("Mançester Siti", İngiltərə), Corcinyo Vaynaldum ("Liverpul", İngiltərə), Yulian Draksler, Anhel Di Mariya (hər ikisi PSJ, Fransa)

Hücumçular: Lionel Messi ("Barselona", İspaniya), Serxio Aquero ("Mançester Siti")

Qeyd edək ki, FIFA-nın qaydalarına əsasən, bu yay müqaviləsi bitəcək futbolçular yanvarda istənilən klublarla danışıqlar apara bilərlər.

Son xəbərlər

Orphus sistemi