Yaponiya klublararası dünya çempionatından imtina edir

Yaponiya klublararası dünya çempionatından imtina edir Yaponiya Futbol Assosiasiyası (JFA) bu il keçirilməli olan futbol üzrə klublararası dünya çempionatından imtina etmək qərarına gəlib.
Futbol
8 Sentyabr , 2021 15:19
Yaponiya klublararası dünya çempionatından imtina edir

Yaponiya Futbol Assosiasiyası (JFA) bu il keçirilməli olan futbol üzrə klublararası dünya çempionatına ev sahibliyindən imtina etmək qərarına gəlib.

"Report" "Kyodo News"a istinadən xəbər verir ki, buna ölkədə koronavirusun yayılması ilə əlaqədar məhdudiyyətlərin tətbiqi səbəb olub.

Assosiasiya FIFA-nı bunula bağlı məlumatlandırıb və tərəflər hazırda məsələni müzakirə edirlər.

Qeyd edək ki, mundialın 9 - 19 dekabrda təşkli nəzərdə tutulub. JFA daha əvvəl qurumun 100 illik yubileyi ilə əlaqədar yarışa ev sahibliyi etmək istəyib.

Son xəbərlər

Orphus sistemi