Yana Batırşina: "Hemilton Kloppa Bakının necə gözəl olduğunu söyləsin"

Yana Batırşina: "Hemilton Kloppa Bakının necə gözəl olduğunu söyləsin" “Azərbaycanda ardıcıl neçə ildir “Formula 1” keçirilirsə, dünyanın varlı və tanınmış idmançıları Bakıya qorxmadan gəlirlərsə, hansı təhlükədən söhbət gedə bilər? Üstəlik, yarışın burada keçirilməsi üçün müqavilə 2023-cü ilə qədər uzadılıb”.
Futbol
18 May , 2019 16:19
Yana Batırşina: Hemilton Kloppa Bakının necə gözəl olduğunu söyləsin

“Azərbaycanda ardıcıl neçə ildir “Formula 1” keçirilirsə, dünyanın varlı və tanınmış idmançıları Bakıya qorxmadan gəlirlərsə, hansı təhlükədən söhbət gedə bilər? Üstəlik, yarışın burada keçirilməsi üçün müqavilə 2023-cü ilə qədər uzadılıb”.

“Report” xəbər verir ki, bunu Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatını izləyən rusiyalı Yana Batırşina UEFA Avropa Liqasının Bakıda təşkili ilə bağlı britaniyalıların narazılıqlarını şərh edərkən deyib.

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiri olan 39 yaşı veteran idmançı “Formula 1”də çıxış edən “Mercedes” komandasının pilotu Lüis Hemiltonun da Böyük Britaniyadan olduğunu xatırladıb: “Hemilton Yurgen Kloppa zəng edib deyə bilmir ki, ey, burada hər şey qaydasındadır? Qoy, ona Bakının necə gözəl olduğunu söyləsin. (gülür) Həqiqətən də qəribə və gülməlidir. Tərtəmiz ingilis finalını necə buraxmaq olar? 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında olduğu kimi, Bakıya gələn ingilislər də bura valeh olacaqlar. Əlbəttə, onlar üçün yol çətin olacaq. Amma gəlib çıxacaqlar”.

Batırşina deyib ki, futbolda İspaniya “Barselona”sına azarkeşlik edir və bu komandanın Çempionlar Liqasının finalına çıxa bilməməsi onun üçün faciədir: “Bakıdakı finalın yüksək səviyyədə keçəcəyinə əminəm. Kimin qələbə qazanmasının mənim üçün fərqi yoxdur. Güclü qalib gəlsin”.

Xatırladaq ki, bir neçə gün öncə İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini "Bu qərarı verənlər səhər nə yeyirlər?" deyə tənqid edib.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi