İngiltərə klubu Kvaratsxeliyanı istəyir

İngiltərə klubu Kvaratsxeliyanı istəyir Rusiyanın "Rubin" komandasının futbolçusu Xviça Kvaratsxeliyanı almağa əsas namizədlərdən biri İngiltərə "Everton"udur
Futbol
21 May , 2021 10:34
İngiltərə klubu Kvaratsxeliyanı istəyir
Xviça Kvaratsxeliya

Rusiyanın "Rubin" komandasının futbolçusu Xviça Kvaratsxeliyanı almağa əsas namizədlərdən biri İngiltərə "Everton"udur.

"Report"un "RB Sport"a istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi "Zenit"ə keçməkdə maraqlı deyil. O, Avropa klublarından birinə yollanacağına ümid edir.

Daha əvvəl atası, Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliya Xviça Kvaratsxeliyanın tezliklə "Rubin"dən gedəcəyini və Rusiyada qalmayacağını açıqlayıb. Klubun idman direktoru Oleq Yarovinski isə futbolçunun top-çempionatlardan birinə transferi istiqamətində danışıqların getdiyini bildirib.

X.Kvaratsxeliyanı İtaliya "Milan"ının texniki direktoru Paolo Maldini və "Napoli"nin baş məşqçisi Cennaro Qattuzonun da izlədiyinə dair xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi