Xosep Qvardiola: “Hal-hazırda “Liverpul” haqqında düşünmürəm”

Xosep Qvardiola: “Hal-hazırda “Liverpul” haqqında düşünmürəm” İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola “Liverpul” klubuna keçməklə bağlı yayılan məlumatlara münasibət bildirib.
Futbol
100
15 Dekabr , 2019 11:19
Xosep Qvardiola: “Hal-hazırda “Liverpul” haqqında düşünmürəm”

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola “Liverpul” klubuna keçməklə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Report” xəbər verir ki, baş məşqçi hazırda Premyer Liqada “Lester” klubunu geridə qoymaq barədə düşündüyünü bildirib.

““Liverpul”a yaxınlaşmaq üçün “Lester”i keçmək lazımdır. Son illər evdə və səfərdə xallar qazansaq da, bu sezon xalların sayını azaltmışıq. Ancaq oyunumuz olmasaydı daha çox narahat olardım”.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada geridə qalan 16 turdan sonra 32 xalla 3-cü pillədədir və “Lester”dən 7 xal geri qalır. Lakin “Mançester Siti”nin daha bir ehtiyat oyunu qalır.

Son xəbərlər

Orphus sistemi