Xorvatiyalı məşhur futbolçu "Zenit"lə müqaviləni ləğv etməyə razı salınıb

Xorvatiyalı məşhur futbolçu "Zenit"lə müqaviləni ləğv etməyə razı salınıb Xorvatiya Futbol İttifaqı yığmanın futbolçusu Deyan Lovrenin Rusiyanın "Zenit" klubunda oynamasını istəmir
Futbol
16 Mart , 2022 11:32
Xorvatiyalı məşhur futbolçu Zenitlə müqaviləni ləğv etməyə razı salınıb
Deyan Lovren

Xorvatiya Futbol İttifaqı yığmanın futbolçusu Deyan Lovrenin Rusiyanın "Zenit" klubunda oynamasını istəmir.

"Report" "Metaratings" nəşrinə istinadən xəbər verir ki, qurum 32 yaşlı müdafiəçini Sankt-Peterburq təmsilçisi ilə müqaviləni ləğv etməyə razı salıb.

Klubun məsələdən xəbərdar olduğu, lakin buna təsir edə bilmədiyi bildirilib.

Qeyd edək ki, Deyan Lovren 2020-ci ildən "Zenit"də çıxış edir. Müdafiəçi 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi