Xorvatiya millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Xorvatiya millisinin baş məşqçisinin müqaviləsi uzadılıb Bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb
Futbol
18 Mart , 2023 16:53
Xorvatiya millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin müqaviləsinin müddəti uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb.

57 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin sonunadək nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2024-cü ildə başa çatmalı idi.

Qeyd edək ki, Zlatko Daliç 2017-ci ildən yığmanın sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi