Xorvatiya millisi Azərbaycanla oyundan öncə növbəti dəfə itki ilə üzləşib

Xorvatiya millisi Azərbaycanla oyundan öncə növbəti dəfə itki ilə üzləşib Xorvatiya millisi Azərbaycan və Slovakiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçlarından öncə itki ilə üzləşib.
Futbol
6 Sentyabr , 2019 18:54
Xorvatiya millisi Azərbaycanla oyundan öncə növbəti dəfə itki ilə üzləşib

Xorvatiya millisi Azərbaycan və Slovakiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçlarından öncə itki ilə üzləşib. 

"Report" Xorvatiya Futbol Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın futbolçusu Tin Yedvay hər iki qarşılaşmanı buraxacaq. Buna Almaniya "Bayer"ində (Leverkuzen) çıxış edən müdafiəçinin zədəli olması səbəb olub. 

Qeyd edək ki, daha öncə İspaniya "Barselona"sında çıxış edən İvan Rakitiç özünü psixoloji cəhətdən hazır saymadığı üçün millinin heyətindən çıxarılmasını istəyib. İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç isə zədələndiyi üçün komandadan kənarda qalıb. 

Xorvatiya yığması bu gün Slovakiyanın, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi