Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib

Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib Georgi Kabakov karyerasında ikinci dəfə Azərbaycan komandasının oyununu idarə edəcək
Futbol
18 Mart , 2019 14:06
Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib
0 : 00
0 : 00

AVRO-2020-nin seçmə mərhəsinin I turunda keçiriləcək Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib.

"Report"un məlumatına görə, görüş Georgi Kabakovun rəhbərlik etdiyi Bolqarıstandan olan hakimlər briqadasına tapşırılıb. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində yardımçı olacaq.

33 yaşlı Kabakov 2013-cü ildən FIFA referisidir. O, 2015-2016 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Monteneqroda "Rudar" (Plevliya) ilə matçını idarə edib. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Bu oyunda meydan sahiblərindən üç futbolçu sarı vərəqə alıb.

Kabakov son olaraq, fevralın 14-də Belçikada "Brügge" və "Zalsburq" (Avstriya) komandaları arasındakı görüşü idarə edib. Meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi matç Kabakovun karyerasında 44-cü beynəlxalq oyun olub. Bu oyunlarda bolqarıstanlı referi meydan sahiblərinin və "gəlmələr"in lehinə 4 penalti təyin edib, yerli komandadan 5, qonaq komandadan 8 oyunçunu meydandan qovub.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi