​"Xəzər Lənkəran" təcrübəli futbolçularla yollarını ayıracaq

​"Xəzər Lənkəran" təcrübəli futbolçularla yollarını ayıracaq Rahid Əmirquliyev də komandanı tərk edəcək
Futbol
28 Noyabr , 2015 11:00
​Xəzər Lənkəran təcrübəli futbolçularla yollarını ayıracaq

Bakı. 28 noyabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu bütün təcrübəli futbolçuları ilə yollarını ayırmağa qərar verib. "Report"un əldə etdiyi məlumata görə, bu barədə rəhbərliklə komanda üzvləri arasında görüşdə bildirilib.

Komanda üzvlərinə deyilib ki, mövsümün ilk yarısı yekunlaşdıqdan sonra yüksək ödənişli oyunçular heyətdən göndəriləcək. Ona görə də indidən hərəyə özlərinə klub axtarmaları tövsiyə olunub. Rəhbərlik bu addımı üzləşdikləri maddi problemlərlə əlaqələndirib.

Artıq müdafiəçi Rasim Ramaldanov qış fasiləsini gözləmədən komanda ilə vidalaşıb. Yaxın vaxtlarda digər təcrübəlilər, o cümlədən Rahid Əmirquliyev komandanı tərk edəcək. "Xəzər Lənkəran" mövsümün ikinci hissəsində yalnız öz gənc yetirmələri ilə çıxış edəcək. Klubun xaricdə təlim-məşq toplanışı da böyük ehtimalla baş tutmayacaq. Amma Yunis Hüseynov baş məşqçi postunu tərk etməməyə qərar verib.

Qeyd edək ki, "Xəzər Lənkəran" 13 turdan sonra Azərbaycan Premyer Liqasında 12 xalla 8-ci pillədə qərarlaşıb. Klub bu gün "Zirə"nin qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi