Xavi Messinin "Barselona"ya dönüşündə mühüm rol oynaya bilər

Xavi Messinin "Barselona"ya dönüşündə mühüm rol oynaya bilər İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi Ernandes Fransa PSJ-sində çıxış edən ulduz futbolçu Lionel Messini Kataloniya təmsilçisinə qaytara bilər
Futbol
2002
10 Noyabr , 2021 09:14
Xavi Messinin Barselonaya dönüşündə mühüm rol oynaya bilər
Lionel Messi və Xavi Ernandes

İspaniyanın "Barselona" klubu hazırda Fransa PSJ-sində çıxış edən ulduz futbolçu Lionel Messini geri qaytara bilər.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçunun dönüşündə həlledici amil kimi komandanın Xavi Ernandesin baş məşqçi təyinatının rol oynayacağı bildirilir. Baxmayaraq ki, klub prezidenti Joan Laporta ilə 34 yaşlı forvardın münasibətləri pozulub.

Qeyd edək ki, Lionel Messi avqustun 5-də "Barselona"dan ayrılıb. Onun PSJ ilə müqaviləsi 2023-cü ildə başa çatmalıdır. Xavi isə Kataloniya klubu ilə 2023/2024 mövsümünün sonundək sözləşmə imzalayıb.

Son xəbərlər

Orphus sistemi