“Vorskla” “Qarabağ”la oyunlar ərəfəsində heyətlə bağlı problemlərlə üzləşib

“Vorskla” “Qarabağ”la oyunlar ərəfəsində heyətlə bağlı problemlərlə üzləşib Geqam Kadimyan da Bakıya gəlməyə bilər
Futbol
118
15 Oktyabr , 2018 16:01
“Vorskla” “Qarabağ”la oyunlar ərəfəsində heyətlə bağlı problemlərlə üzləşib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Ukraynanın “Vorskla” klubu Avropa Liqasında “Qarabağ”la oyunlar ərəfəsində heyətlə bağlı problemlərlə üzləşib.

“Report” ua-football.com saytına istinadən xəbər verir ki, komandanın 6 futbolçusu zədə və xəstəlikdən əziyyət çəkir.

Diz bağlarından əməliyyat olunan Denis Vasin Serbiyada növbəti bərpa kursunu keçib. Böyük ehtimalla, 29 yaşlı hücumçu bu il meydana çıxa bilməyəcək.

Ötən həftə Gürcüstanda körpücük sümüyündən əməliyyat edilən yarımmüdafiəçi Aleksandr Kobaxidzenin çempionatın yaz mərhələsində sıraya dönəcəyi güman olunur. Poltavalıların İngiltərədə “Arsenal”a 2:4 hesabı ilə uduzduqları matçda körpücük sümüyündən xəsarət alan braziliyalı müdafiəçi Arturun zədəsi ciddi deyil. Onun bərpa prosesi 1 həftədir davam edir və daha 14 gün çəkəcək.

“Vorskla”nın evdə Portuqaliya “Sportinq”inə 1:2 hesabı ilə məğlub olduğu qarşılşamada baldır bağları zədələnən yarımmüdafiəçi Dmitri Kravçenkonun bir neçə həftəni buraxacağı təxmin edilir.

Hücumçu Geqam Kadımyan isə kürəyindən zədə alıb. Onun bərpa prosesinin hansı müddəti əhatə edəcəyi bilinmir. Boğazı gələn yarımmüdafiəçi Vyaçeslav Şarpar isə oktyabrın 16-dan məşqlərə qoşulacaq.

Qeyd edək ki, “Vorskla” oktyabrın 20-də Ukrayna Premyer Liqasının XII turunda Kiyev “Dinamo”sunu qəbul edəcək. Poltava təmsilçisinin ayın 25-də Bakı Olimpiya Stadionunda “Qarabağ”a qarşı keçirəcəyi qarşılaşma saat 20:55-də start götürəcək. İki komanda arasındakı təkrar oyun isə noyabrın 8-də Aleksey Butovski adına stadionda olacaq. 

Son xəbərlər

Orphus sistemi