“Vorskla” klubunun prezidenti: "Kifayət qədər çətin rəqib olan "Qarabağ"la qarşılaşacağıq"

“Vorskla” klubunun prezidenti: "Kifayət qədər çətin rəqib olan "Qarabağ"la qarşılaşacağıq" Bakı. 31 avqust. REPORT.AZ/ Çox yaxşı qrupa düşmüşük. Biz güclü futbol oynadığımızı Avropa səviyyəsindəki komandalara göstərmək istəyirdik. Demək olar ki, tale bizim üzümüzə güldü. Biz İngiltərə və Portuqaliya klubları, həmçinin kifayət qədər çətin rəqib olan Qarabağla qarşılaşacağıq. Ümid edirik ki, bütün Avropa matçlarımızda anşlaq olacaq.
Futbol
31 Avqust , 2018 19:09
“Vorskla” klubunun prezidenti: Kifayət qədər çətin rəqib olan Qarabağla qarşılaşacağıq

Bakı. 31 avqust. REPORT.AZ/ "Çox yaxşı qrupa düşmüşük. Biz güclü futbol oynadığımızı Avropa səviyyəsindəki komandalara göstərmək istəyirdik. Demək olar ki, tale bizim üzümüzə güldü. Biz İngiltərə və Portuqaliya klubları, həmçinin kifayət qədər çətin rəqib olan "Qarabağ"la qarşılaşacağıq. Ümid edirik ki, bütün Avropa matçlarımızda anşlaq olacaq".

"Report" xəbər verir ki, bunu Ukraynanın “Vorskla” klubunun prezidenti Roman Çernyak "Footballua.tv"yə müsahibəsində Avropa Liqasının qrup mərhləsinin püşkünü dəyərləndirərkən deyib. 

O, komandaları üçün ən çətin rəqibin İngiltərə "Arsenal"ı olduğunu vurğulayıb: "Qarabağ" və "Sportinq" də asan rəqib deyil. Bu turnir bizim və azarkeşlər üçün böyük sevincdir. Bu mərhələdə adi komanda yoxdur və asan futbol olmayacaq. Biz hamımız çalışmalıyıq".

Klub prezidenti “Vorskla”nın Avropa Liqasındakı hədəflərindən danışmağın tez olduğunu söyləyib: "Dürüst olmaq lazımdır. Müxtəlif variantları nəzərdən keçirdik. Bizim qrupumuz çox ağır ola bilər. Hər şeyin üzərində düşündükdən sonra bu barədə danışarıq". 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klubları ilə mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi