Tanınmış futbolçunun evlərinə həbs qoyulub
Futbol
- 09 yanvar, 2019
- 06:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 yanvar. REPORT.AZ/ İtaliya məhkəməsi İspaniyanın “Barselona” klubunun futbolçusu Arturo Vidalın Turin şəhərində yerləşən 4 evinə həbs qoyub.
“Report” “Marca”ya istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı çilili yarımmüdafiəçinin səyahət şirkətinə olan 17 min 45 avro borcunu ödəməməsidir. Artıq faizlərlə birgə borcun 18 min 849 avro təşkil etdiyi vurğulanır. Bundan əlavə, Vidal 12 min 58 avro məhkəmə xərclərini də qarşılamalıdır.
Futbolçu qısa zamanda borclarını ödəməsə, evlərin müsadirə edilərək, hərraca çıxarılacağı bildirilir.
Qeyd edək ki, Arturo Vidal 2011 - 2015-ci illərdə Turin təmsilçisi “Yuventus”un formasını geyinib. Onun hazırkı həftəlik maaşı 66 min avrodur.
Son xəbərlər
21:16
Foto
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Biznes
21:04
Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq yardım paketi ayıracaq
Digər ölkələr
20:57
Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib
Digər ölkələr
20:56
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
Futbol
20:54
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
20:49
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region
20:30
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Hadisə
20:07
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region