Vətən müharibəsi iştirakçısı: "İnanıram ki, "Qalatasaray"la Qarabağda da oyun baş tutacaq"

Vətən müharibəsi iştirakçısı: "İnanıram ki, "Qalatasaray"la Qarabağda da oyun baş tutacaq" O, uşaqlıqdan İstanbul təmsilçisinin azarkeşi olduğunu söyləyib
Futbol
14 Mart , 2023 15:58
Vətən müharibəsi iştirakçısı: İnanıram ki, Qalatasarayla Qarabağda da oyun baş tutacaq

"İnanıram ki, Qarabağda da bu komandalar arasında oyun baş tutacaq".

Bunu "Report"a açıqlamasında Vətən müharibəsi iştirakçısı Murad Hüseynov "Qarabağ" və "Qalatasaray" arasında keçiriləcək yoldaşlıq matçı barədə danışarkən deyib.

44 günlük müharibə zamanı bu görüşün baş tutmasını arzulayan Hüseynov xəbəri eşitdikdən sonra həyəcanlandığını bildirib: "Bizim ən böyük arzumuz Qarabağın işğaldan azad olunması idi, amma təbii ki, belə bir oyunun keçirilməsini də istəyirdik".

O, uşaqlıqdan İstanbul təmsilçisinin azarkeşi olduğunu söyləyib: "Əlbəttə ki, ən birinci ölkəmizdəki komandaların qələbə qazanmasını istəyirəm. Amma "Qalatasaray" sevgisi uşaqlıqdan var. Hakan Şükürün, Hasan Şaşın oynadığı dönəmdən, UEFA Kuboku (hazırkı Avropa Liqası) qazanılan vaxtdan kluba azarkeşlik edirəm".

Murad Hüseynov "Qarabağ"ın artıq onunla əlaqə saxladığını vurğulayıb: "Bu gün saat 17:00-da klubun bazasında olacağam. Allah bu qarşılaşmanı təşkil edənlərdən razı olsun. Mən də həmin matçı tribunadan izləyəcəyəm. Hər kəs məni bu oyuna dəvət edir. Onların hamısına təşəkkür edirəm".

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi