Məşhur mütəxəssis Millətlər Liqasının ləğvini istəyir

Məşhur mütəxəssis Millətlər Liqasının ləğvini istəyir İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi Arsen Venger UEFA Millətlər Liqasının keçirilməsinə qarşıdır.
Futbol
1645
13 Oktyabr , 2020 10:31
Məşhur mütəxəssis Millətlər Liqasının ləğvini istəyir
Arsen Venger

İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi Arsen Venger UEFA Millətlər Liqasının keçirilməsinə qarşıdır.

"Report" xəbər verir ki, fransalı mütəxəssis "Bild" nəşrinə açıqlamasında turnirin ləğvinin tərəfdarı olduğunu söyləyib.

Onun fikrincə, hər kəsin başa düşdüyü yarışlar keçirilməlidir: "Millətlər Liqasından canımızı qurtarmalı və hamı üçün aydın olan çıxış yolu tapmalıyıq. Küçəyə çıxıb Millətlər Liqasının nə olduğunu soruşsanız, az adam bunu izah edə biləcək. Mümkün qədər az yarış keçirməliyik. İki ildən bir təşkil olunan dünya və Avropa çempionatları müasir dünya üçün daha uyğundur".

Qeyd edək ki, UEFA Millətlər Liqası 2018-ci ildən keçirilir.

Son xəbərlər

Orphus sistemi