Venger dünya çempionatının 2 ildən bir keçirilməsini təklif edib

Venger dünya çempionatının 2 ildən bir keçirilməsini təklif edib İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger dünya çempionatı ilə bağlı maraqlı ideya irəli sürüb
Futbol
17 Mart , 2021 00:19
Venger dünya çempionatının 2 ildən bir keçirilməsini təklif edib

İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger dünya çempionatı ilə bağlı maraqlı ideya irəli sürüb.

"Report"un məlumatına görə, hazırda FIFA-da Futbolun İnişafı Departamentinin rəhbəri vəzifəsində çalışan fransalı mütəxəssis "beIN Sports"a açıqlamasında mundialı 4 deyil, 2 ildən bir keçirməyi təklif edib.

Onun sözlərinə görə, hazırkı format futbolçular üçün əlverişli deyil: "Yığmada çıxış edən oyunçuların orta yaşı 27 - 28-dir. Onların dünya çempionluğunu yenidən qazanmaq şansı çox azdır. Çünki bu futbolçular növbəti mundiala 32 - 33 yaşlarında yollanacaqlar. Düşünürəm ki, yarışı 2 ildən bir təşkil etmək lazımdır. Bunun üçün kiçik və mənasız turnirləri ləğv etməliyik".

Venger daxili çempionatlarda təqvimin yenidən nəzərdən keçirilməsini istəyib: "Fikrimcə, mövsüm martda başlayıb noyabrda bitməlidir. Bütün bunları müzakirə edəcəyik".

Qeyd edək ki, Arsen Venger 1996 - 2018-ci illərdə "Arsenal"a başçılıq edib.

Son xəbərlər

Orphus sistemi