Vəli Qasımov: “Millimizin Estoniyadan dəfələrlə güclü olduğuna və sabahkı oyunda qələbə qazanacağına əminəm”

Vəli Qasımov: “Millimizin Estoniyadan dəfələrlə güclü olduğuna və sabahkı oyunda qələbə qazanacağına əminəm” Əminəm ki, Estoniyadan dəfələrlə güclüyük və sabahkı oyunda qələbə qazanacağıq.
Futbol
15 Noyabr , 2024 16:42
Vəli Qasımov: “Millimizin Estoniyadan dəfələrlə güclü olduğuna və sabahkı oyunda qələbə qazanacağına əminəm”
Vəli Qasımov

Millimizin Estoniyadan dəfələrlə güclü olduğuna və sabahkı oyunda qələbə qazanacağına əminəm.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin keçmiş futbolçusu Vəli Qasımov yığmanın Millətlər Liqasında sabah Estoniya ilə keçirəcəyi matçda şanslarını dəyərləndirərkən deyib.

56 yaşlı mütəxəssis komandanın psixoloji cəhətdən gərgin olduğunu söyləyib:

“Komandada hazırda psixoloji cəhətdən bir qədər gərgindir. Deməzdim ki, bütün nəticələr göstərdikləri oyunlara uyğundur. Çünki bəzən yaxşı çıxış etmələrinə baxmayaraq, uduzublar. Elə Estoniyaya qarşı ilk matçda da pis oynamadılar. Sadəcə, müəyyən boşluqlar olduğuna görə uduzdular. Əminəm ki, Estoniyadan dəfələrlə güclüyük və sabahkı oyunda qələbə qazanacağıq. Sonuncu oyunda onlardan yaxşı olduğumuzu göstərdik”.

O, millinin İsveçlə son oyunu barədə də fikirlərini bildirib:

“İsveç bizə görə səviyyəli, çətin komandadır. Hələ onların səviyyəsində deyilik. Yenə də sürpriz edib, İsveçə qarşı daha rahat oynaya bilərik. Bəzi əsas futbolçular olmasa da, onları əvəzləyə biləcək oyunçular var. Fikrimcə, baş məşqçi də bunu yaxşı bilir və qələbə qazanmağımız üçün əlindən gələni edəcək. İnanıram ki, sabah həm yaxşı oyun göstərəcəklər, həm də nəticə qazanacaqlar”.

Qeyd edək ki, Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan yığması sabah Qəbələdə Estoniya ilə qarşılaşacaq. Komanda bundan üç gün sonra səfərdə İsveç millisinin qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi