“Vaşaş”ın baş məşqçisi: “Neftçi” ilə oyunda məqsədimizə mükəmməl şəkildə nail olduq”

“Vaşaş”ın baş məşqçisi: “Neftçi” ilə oyunda məqsədimizə mükəmməl şəkildə nail olduq” “Neftçi”yə qarşı yaxşı oyun keçirdik, məqsədimizə mükəmməl şəkildə nail olduq”.
Futbol
11 Yanvar , 2023 09:58
“Vaşaş”ın baş məşqçisi: “Neftçi” ilə oyunda məqsədimizə mükəmməl şəkildə nail olduq”

“Neftçi”yə qarşı yaxşı oyun keçirdik, məqsədimizə mükəmməl şəkildə nail olduq”.

“Report” xəbər verir ki, bunu Macarıstanın “Vaşaş” klubunun baş məşqçisi Elemer Kondas 1:1 hesabı ilə başa çatan “Neftçi” ilə yoxlama görüşü barədə danışarkən deyib.

60 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında üstün oyun nümayiş etdirdiklərini söyləyib: “Hər iki hissədə məşqlərdə işlətdiyimiz elementləri həyata keçirdik. Həm birinci, həm də ikinci yarıda çox sayda qol imkanları yaratdığımız üçün şadam. Lakin şanslardan yararlanmaqda problemlər oldu. Birinci hissədə rəqibin vurduğu qoldan başqa qapıçımıza top gəlmədi. Əvəzində “Neftçi”nin qapıçısı bir neçə dəfə komandasını xilas etdi. Oyunda çox gözəl anlar yaşadıq, razı qaldım”.

Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama görüşlərini yanvarın 15-də “Medz Leqnisa” (Polşa) və “Baçka Topola”ya (Serbiya) qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi