Vaqif Sadıqov AFFA-nın Məşqçilər Komitəsinə sədr təyin olunub

Vaqif Sadıqov AFFA-nın Məşqçilər Komitəsinə sədr təyin olunub İcraiyyə Komitəsinin qərarları rəsmən açıqlanıb
Futbol
2496
3 Dekabr , 2014 15:45
Vaqif Sadıqov AFFA-nın Məşqçilər Komitəsinə sədr təyin olunub

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda İK üzvü, bu ilin avqust ayında dünyasını dəyişmiş Ələkbər Məmmədovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Müzakirələrdən sonra qərara alınıb ki, AFFA-nın Məşqçilər Komitəsi yaradılsın, komitənin Əsasnaməsi təsdiq olunsun və Vaqif Sadıqov sədr, Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyev üzvlər təyin olunsun. Eyni zamanda AFFA-nın Klublar Komitəsi yaradılıb və Əsasnaməsi təsdiqlənib. 

Digər qərara əsasən, Robert Prosineçki Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Onunla 3 illik müqavilə imzalanıb. Əvəzində 21 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Bernhard Lippertin istefası qəbul olunub. Almaniyalı mütəxəssis AFFA-nın texniki direktoru vəzifəsində fəaliyyətini davam etdirəcək. U-21 yığmasının baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi AFFA-nın baş katibliyinə tapşırılıb. Namizədlər barədə AFFA rəhbərliyinə məlumat veriləcək. 

Nəhayət, AFFA-dan təqaüd almaq üçün müraciət etmiş 5 futbol veteranına - İbrahim Bağırov, Məmmədnağı Babayev, Mehdi Qasımov, Vaqif Hüseynov və Vladimir Foyodorova AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq təqaüd ayrılıb. 

Son xəbərlər

Orphus sistemi