Van Nistelroy "Mançester Yunayted"ə qayıda bilər
Futbol
- 24 iyun, 2024
- 15:21
Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy İngiltərənin "Mançester Yunayted" klubuna qayıda bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisə Erik ten Haqın rəhbərlik etdiyi məşqçilər korpusuna qoşulmaq təklif olunub.
Bununla yanaşı, o, növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq "Bernli" klubuna rəhbərlik etmək təklifi alıb.
Qeyd edək ki, Van Nistelroy məşqçilik karyerasına 2014-cü ildə Niderland millisində Qus Hiddinkin köməkçisi kimi başlayıb. 2022-2023-cü illərdə PSV-ni çalışdıran mütəxəssis ölkə kubokunu qazanıb. O, 2001-2006-cı illərdə "Mançester Yunayted" klubunun formasını geyinib.
Son xəbərlər
22:22
Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" Asiya Çempionlar Liqasına ağır məğlubiyyətlə start verib
Futbol22:12
Sabah Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq
Energetika22:07
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Futbol21:47
Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb
Energetika21:42
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib
Digər ölkələr21:39
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər
Digər ölkələr21:20
Mark-Andre ter Şteqen Almaniya millisinin əsas qapıçısı olacaq
Futbol21:06
İranda "Boeing 737" texniki nasazlıq səbəbindən məcburi eniş edib
Region20:43