Tanınmış futbolçu ürəyindəki problemlərdən sonra komandaya qayıtdı

Tanınmış futbolçu ürəyindəki problemlərdən sonra komandaya qayıtdı Hollandiyanın Ayaks klubunun futbolçusu Deyli Blind ürəyindəki problemlərdən sonra komandaya geri dönüb.
Futbol
8 Fevral , 2020 10:48
Tanınmış futbolçu ürəyindəki problemlərdən sonra komandaya qayıtdı

Hollandiyanın "Ayaks" klubunun futbolçusu Deyli Blind ürəyindəki problemlərdən sonra komandaya geri dönüb.

"Report" Amsterdam təmsilçisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Hollandiya çempionatının 22-ci turunda səfərdə qarşılaşacaqları "Utrext"lə matçın iştirak ərizəsinə daxil edilib. 

Qeyd edək ki, ötən ilin sonlarında Deyli Blində miokardit diaqnozu qoyulub. Daha sonra 29 yaşlı oyunçu əməliyyat olunub. Atası Danni Blind oğlunun meydana potensial dönüşünün 100 faiz təhlükəsiz olmadığını bildirib. 

Son xəbərlər

Orphus sistemi