Unay Emeri: "Penaltilər seriyası lotereya deyil, yaxşı başın olmalıdır"

Unay Emeri: "Penaltilər seriyası lotereya deyil, yaxşı başın olmalıdır" Oyunçularım hər şeyi yüksək səviyyədə etdilər
Futbol
27 May , 2021 09:57
Unay Emeri: Penaltilər seriyası lotereya deyil, yaxşı başın olmalıdır

"Düşünürəm ki, futbolçular turnir ərzində güclü komanda ruhu sərgilədilər. Necə rəqabət aparacağımızı, qol vuracağımızı yaxşı bilirdik".

"Report"un məlumatına görə, bu fikirləri İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının finalında İngiltərənin "Mançester Yunayted" klubu üzərində qələbəni şərh edərkən deyib.

50 yaşlı mütəxəssis rəqibdən daha yaxşı təsir bağışladıqlarını bildirib: "Penaltilər seriyası lotereya deyil, bu vəziyyətdə qol vura bilmək üçün yaxşı başın olmalıdır. Oyunçularım hər şeyi yüksək səviyyədə etdilər. Onlarla qürur duyuram".

Qeyd edək ki, həlledici matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (11:10) "sarı sualtı qayıq" titula sahib çıxıb. Emeri 4-cü dəfə Avropa Liqasını qazanaraq, mütləq rekorda imza atıb.

Son xəbərlər

Orphus sistemi