Ukraynanın "Dinamo" klubunun fanatları "Ayaks"ın azarkeşlərinə hücum ediblər - VİDEO

Ukraynanın "Dinamo" klubunun fanatları "Ayaks"ın azarkeşlərinə hücum ediblər - VİDEO Bakı. 28 avqust. REPORT.AZ/ Ukraynanın Dinamo (Kiyev) klubunun fanatları Hollandiya Ayaksının azarkeşlərinə hücum ediblər.
Futbol
28 Avqust , 2018 23:49
Ukraynanın Dinamo klubunun fanatları Ayaksın azarkeşlərinə hücum ediblər - VİDEO

Bakı. 28 avqust. REPORT.AZ/ Ukraynanın "Dinamo" (Kiyev) klubunun fanatları Hollandiya "Ayaks"ının azarkeşlərinə hücum ediblər.

"Report"un məlumatına görə, hadisə iki komanda arasındakı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl baş verib.

Kiyevdəki pablardan birində baş verən hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə dəqiq məlumat yoxdur. Polis toqquşma iştirakçılarından 9-nu saxlayıb.

Hadisə yerində operativ təhqiqat qrupu işləyir. Onlar qarşıdurmanın səbəbi və başvermə şəraitini müəyyənləşdirirlər.

Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb. İlk matçda "Ayaks" qalib gəlib - 3:1. 

Son xəbərlər

Orphus sistemi