Macarıstanın "Fehervar" klubunda çıxış edən ukraynalı futbolçu İvan Petryak Rusiya ilə müharibə şəraitində olan ölkəsi üçün tank almaq istəyir.
"Report"un məlumatına görə, bu barədə jurnalist Vladimir Zveryev şəxsi tviter hesabında paylaşım edib.
Onun sözlərinə görə, 28 yaşlı yarımmüdafiəçi Ukrayna Silahlı Qüvvələrinə hərbi texnika almağa hazırdır: "Amma bunu necə edəcəyini bilmir. O, ordu üçün dəbilqə və zirehli gödəkçələrin alınmasına da kömək edir. Petryakın Budapeşt yaxınlığında 65 kvadratmetrlik kiçik evi var. Futbolçu ölkəni tərk etmək məcburiyyətində qalan 8 məcburi köçkünü də qəbul edib".
Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibə fevralın 24-də başlayıb.