Azərbaycanın minifutbol millisi Avropa reytinqində ikinci pillədə qərarlaşıb

Futbol
  • 19 noyabr, 2026
  • 10:51
Azərbaycanın minifutbol millisi Avropa reytinqində ikinci pillədə qərarlaşıb

Minifutbol üzrə Azərbaycan millisi Avropa reytinqində ikinci pillədə qərarlaşıb.

Bu barədə "Report"a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda Avropa Minifutbol Federasiyasının açıqladığı reytinqdə 1480 xalla ikinci sırada yer alıb.

Serbiya (1515) birinci, Rumıniya (1200) üçüncü olub.