Ukrayna Premyer Liqasının oyunlarından əvvəl dövlət himni səsləndiriləcək

Futbol
  • 07 noyabr, 2017
  • 09:28
Ukrayna Premyer Liqasının oyunlarından əvvəl dövlət himni səsləndiriləcək

Bakı. 7 noyabr. REPORT.AZ/ Futbol üzrə Ukrayna Premyer Liqasının oyunlarından əvvəl dövlət himni səsləndiriləcək. “Report” xəbər verir ki, bununla bağlı qərar Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Beləliklə, 2017/2018 mövsümünün reqlamentinə müvafiq dəyişiklik ediləcək. Bunadək dövlət himni meydan sahibi komandasının istəyinə uyğun olaraq səsləndirilirdi və məcburi deyildi. Premyer Liqada növbəti – XVI tura noyabrın 17-də start veriləcək. 

Qeyd edək ki, Azərbaycanda Premyer Liqa oyunlarından əvvəl Peşəkar Futbol Liqasının himni səsləndirilir.