Erməni futbolçu "Vorskla" klubundan kənarlaşdırılıb
Futbol
- 16 yanvar, 2019
- 05:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 yanvar. REPORT.AZ/ Ukraynanın "Vorskla" klubu Ermənistan yığmasının futbolçusu Geqam Kadimyanla yollarını ayırıb.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına aparılmayıb və artıq komandanı tərk edib. Kadimyan mövsümün ilk yarısında cəmi 4 oyunda meydana çıxıb. Erməni forvard bunların yalnız 1-də start heyətdə yer alıb və məhsuldarlıqla yadda qalmayıb.
Qeyd edək ki, Geqam Kadimyan "Vorskla"ya 2017-ci ilin yayında keçib. O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la həm Bakıda, həm də Poltavada keçirilmiş oyunlarda forma geyinməyib.
Son xəbərlər
08:49
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
Digər ölkələr
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr