Bakı. 26 iyul. REPORT.AZ/ Ukraynanın "Aleksandriya" klubu Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevi UEFA-ya sifariş edib.
"Report"un məlumatına görə, eyniadlı şəhərin təmsilçisi 29 yaşlı müdafiəçinin xidmətindən Avropa Liqası qarşılaşmalarında da yararlana biləcək. Paşayevin adı Rumıniya "Astra"sına qarşı III təsnifat mərhələsinin oyunları üçün "Aleksandriya"nın iştirak ərizəsinə daxil edilib. O, 20 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Aleksandriya" "Astra" ilə ilk görüşünü iyulun 27-də səfərdə keçirəcək.