Ukrayna Futbol Federasiyasının prezidentinə qarşı 3 cinayət işi açılıb

Ukrayna Futbol Federasiyasının prezidentinə qarşı 3 cinayət işi açılıb Bu barədə vəkil Oleq Stupinski açıqlama verib
Futbol
13 Noyabr , 2018 09:40
Ukrayna Futbol Federasiyasının prezidentinə qarşı 3 cinayət işi açılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Ukrayna Futbol Federasiyasının (FFU) korrupsiyada ittiham olunan prezidenti Andrey Pavelkoya qarşı üç cinayət işi başlanılıb. 

"Report"un məlumatına görə, bu barədə vəkil Oleq Stupinski tribuna.com-a açıqlamasında bildirib. O deyib ki, Milli Antikorrupsiya Bürosunda "Hakimiyyət və xidməti səlahiyyətlərindən sui-istifadə", "Etibarlı olmayan məlumatın deklarasiyası" və "Qeyri-qanuni yolla varlanma", Baş Prokurorluqda "Əmlakı mənimsəmə, israf etmə və ya xidməti səlahiyyətlərindən sui-istifadə yolu ilə külli miqdarda vəsaitə yiyələnmə", "Hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda", polisdə "Əmlakın mənimsənilməsi, israf olunması və xidməti səlahiyyətlərindən istifadə yolu ilə ələ keçirilməsi" maddələri ilə cinayət işinə başlanılıb. 

Qeyd edək ki, Andrey Pavelko 2018-ci il dünya çempionatı zamanı sərt açıqlamaları ilə yadda qalıb. O, 1/4 finalda Rusiya üzərində qələbədən sonra "Eşq olsun Ukraynaya" deyə video paylaşan Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vidanın müdafiəsinə qalxıb. 

Son xəbərlər

Orphus sistemi