Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder "Ayaks" klubuna qayıdıb.
"Report" "De Telegraaf"a istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Amsterdam təmsilçisinin məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, Uesli Sneyder 2002-2007-ci illərdə "Ayaks"ın formasını geyinib. O, İspaniyada "Real Madrid", İtaliyada "İnter" və Türkiyədə "Qalatasaray" kimi klubların şərəfini qoruyub.