UEFA tərəfdaşlarının Bakıya işgüzar səfəri başlayıb

UEFA tərəfdaşlarının Bakıya işgüzar səfəri başlayıb Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin Azərbaycan paytaxtına mütəmadi səfərləri davam edir.
Futbol
28 Mart , 2019 10:43
UEFA tərəfdaşlarının Bakıya işgüzar səfəri başlayıb

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin Azərbaycan paytaxtına mütəmadi səfərləri davam edir.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri başlayıb. Bu dəfə final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçiləri Bakı Olimpiya Stadionuna, həmçinin final oyunu ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanlarına baş çəkəcəklər.

UEFA tərəfdaşlarının ikinci işgüzar səfəri bu gün yekunlaşacaq.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da olacaq.

Son xəbərlər

Orphus sistemi