Bakıda UEFA-nın Rəqəmsal Transformasiya mövzusuna həsr edilmiş seminarı keçirilir

Bakıda UEFA-nın Rəqəmsal Transformasiya mövzusuna həsr edilmiş seminarı keçirilir Bakı. 28 yanvar. REPORT.AZ/ Rəqəmsal Transformasiya mövzusuna həsr edilmiş UEFA GROW regional seminarı işə başlayıb.
Futbol
28 Yanvar , 2019 14:07
Bakıda UEFA-nın Rəqəmsal Transformasiya mövzusuna həsr edilmiş seminarı keçirilir

Bakı. 28 yanvar. REPORT.AZ/ Rəqəmsal Transformasiya mövzusuna həsr edilmiş UEFA GROW regional seminarı işə başlayıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Boulevard Hotel"də keçirilən seminarda UEFA nümayəndələri, qonaq spikerlər, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Moldova futbol federasiyalarının əməkdaşları iştirak edir.

AFFA-nın baş katibi Elxan Məmmədov seminara qatılaraq, iştirakçıları salamlayıb və uğurlar arzulayıb.

Qeyd edək ki, seminara yanvarın 29-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi