UEFA DÇ-2022-nin seçmə oyunlarının vaxtını açıqladı

UEFA DÇ-2022-nin seçmə oyunlarının vaxtını açıqladı UEFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının vaxtını açıqlayıb.
Futbol
24 Sentyabr , 2020 16:41
UEFA DÇ-2022-nin seçmə oyunlarının vaxtını açıqladı

UEFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının vaxtını açıqlayıb. 

"Report" xəbər verir ki, turnir 2021-ci ilin martında başlayacaq və noyabrda yekunlaşacaq. Pley-off oyunları isə 2022-ci ilin martında gerçəkləşəcək.

Gələn ilin martında və avqust-sentyabr aylarında hərəyə 3, oktyabrda və noyabrda isə hərəyə 2 tarixdə oyunlar olacaq. Pley-off oyunları üçün də 2 tarix nəzərdə tutulub.

May-iyun aylarında isə AVRO-2020 öncəsi hazırlıq qarşılaşmaları olacaq.

Təqvim aşağıdakı kimidir:

I tur – 24-25 mart
II tur – 27-28 mart
III tur – 30-31 mart
31 may - 8 iyun 2021 – AVRO-2020-yə hazırlıq oyunları
IV tur – 1-2 sentyabr
V tur – 4-5 sentyabr
VI tur – 7-8 sentyabr
6-10 oktyabr Millərlər Liqasının final mərhələsi
VII tur – 8-9 oktyabr
VIII tur – 11-12 oktyabr
IX tur – 11-13 noyabr
X tur – 14-16 noyabr
21-29 mart 2022 – DÇ-nin Avropa zonası üçün pley-off oyunları - 2 oyun günü

Qeyd edək ki, seçmə mərhələnin püşkatması noyabrın 29-da baş tutacaq. Yığmalar 10 qrupa bölünəcək və qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. 2-ci yeri tutan komandalar, həmçinin Millətlər Liqasında ən yaxşı göstəriciyə malik 2 kollektiv son 3 vəsiqə uğrunda mübarizə aparacaq.  

DÇ-2022 21 noyabr - 18 dekabr tarixlərində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi