UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub

UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub Avrokuboklarda qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Futbol
1025
17 Sentyabr , 2021 01:40
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub

Avrokuboklarda qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

"Report"un məlumatına görə, UEFA Konfrans Liqasının H qrupunun ilk turunda Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edən "Qarabağ" Azərbaycanın aktivinə daha 0,125 xal yazdırıb.

Bununla da cari mövsümdə Azərbaycanın xal sayı 2,125-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,750-ə çatıb. Əldə edilən xallarla Sloveniyanı üstələmək mümkün olub. Hazırda Azərbaycan 29-cu, Sloveniya isı 30-cudur. 31-ci pillədəki Slovakiya 14,125 xala malikdir. Xalını 15,375-ə çatdıran Polşa isə 15,250 xalı olan Qazaxıstanı qabaqlayaraq, 27-ci sıraya yüksəlib.

H qrupundakı "Kayrat" və "Omoniya"nın təmsil etdikləri ölkələrə gəldikdə, müvafiq olaraq, Qazaxıstan 28-ci, Kipr isə 24,125 xalla 16-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi