UEFA reytinqi: Azərbaycan möhkəmləndi, amma Rumıniyanı keçə bilmədi

UEFA reytinqi: Azərbaycan möhkəmləndi, amma Rumıniyanı keçə bilmədi Avropa Liqasının pley-off mərhələsinin oyunlarından sonra UEFA-nın əmsallar cədvəli yenilənib.
Futbol
2203
2 Oktyabr , 2020 02:39
UEFA reytinqi: Azərbaycan möhkəmləndi, amma Rumıniyanı keçə bilmədi
0 : 00
0 : 00

Avropa Liqasının pley-off mərhələsinin oyunlarından sonra UEFA-nın əmsallar cədvəli yenilənib. 

"Report"un məlumatına görə, "Qarabağ" Polşa "Legiya"sı üzərində 3:0 hesablı qələbə sayəsində Azərbaycanın aktivinə daha 0,375 xal yazdırıb. Bununla da ölkəmiz ümumi xal sayını 16,625-ə yüksəldərək, Qazaxıstanı 1,000 xal üstələyib.

Lakin 26-cı pillədən irəli getmək mümkün olmayıb. Səbəb 25-ci pillədəki Rumıniyanın aktivinə, ÇFR komandası qrupa yüksəldiyi üçün 0,375 xalın gəlməsidir. Hazırda bu ölkənin 17,200 xalı var. 

Reytinq siyahısında irəliləyişə isə Macarıstan nail olub. "Ferentsvaroş"un uğuru sayəsində xalını 15,250-yə çatdıran "qırmızı-yaşıllar" 28-ci yerdə gedir. 15,250 xalı olan Belarus 29-cu pillədə qalıb. 30-cu yerdə gedən Polşa Avropa Liqasının qrup mərhələsində yalnız "Lex" komandası ilə təmsil olunacaq. Hazırda 30-cu pillədə yer alan ölkənin, bütün təmsilçilərini itirən Belarusu tezliklə keçəcəyi istisna deyil.     

Son xəbərlər

Orphus sistemi