UEFA "Qarabağ" üçün növbəti ödəniş etdi

UEFA "Qarabağ" üçün növbəti ödəniş etdi Azərbaycan təmsilçisi bu mövsüm qrupda bir heç-heçə ilə kifayətləndiyi üçün 190 min avro qazanıb
Futbol
19 Yanvar , 2021 12:21
UEFA Qarabağ üçün növbəti ödəniş etdi

UEFA "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki çıxışı ilə əlaqədar ödəniş edib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi bu mövsüm qrupda bir heç-heçə ilə kifayətləndiyi üçün 190 min avro qazanıb. Bu, 2020-ci il dekabrın 3-də V turun Türkiyənin İstanbul şəhərində İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə 1:1 hesablı nəticənin qeydə alındığı ev oyununa təsadüf edib.

Vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Son xəbərlər

Orphus sistemi