UEFA prezidenti: "Gələcəkdə finalın Türkiyədə olacağına ümid edirəm"

UEFA prezidenti: "Gələcəkdə finalın Türkiyədə olacağına ümid edirəm" "Onlar bir çox UEFA tədbirinə böyük uğurla ev sahibliyi edib"
Futbol
13 May , 2021 15:12
UEFA prezidenti: Gələcəkdə finalın Türkiyədə olacağına ümid edirəm
Aleksander Çeferin

"Türkiyə Futbol Federasiyası və səlahiyyətli nümayəndələr UEFA-nın azarkeşlərlə bağlı istəyini qəbul etdi. Onlar hər zaman bizim etibarlı tərəfdaşımız olub. Türkiyə bir çox UEFA tədbirinə böyük uğurla ev sahibliyi edib".

"Report"un məlumatına görə, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının final oyunun Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyaya verilməsinə münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner Britaniya hökumətinin Türkiyəni səyahət üçün "qırmızı siyahı"ya əlavə etdiyini xatırladıb: "Bu qərarın vətandaşları virusun yayılmasından qorumaq üçün qəbul olunduğunu başa düşürük. Yaxın gələcəkdə Çempionlar Liqası finalının və digər tədbirlərin İstanbulda, Türkiyədə olacağına ümid edirəm".

Çeferin istəklərinə müsbət cavab verdikləri üçün Portuqaliya Futbol Federasiyasına və Portuqaliya hökumətinə təşəkkür etdiyini söyləyib.

Qeyd edək ki, UEFA İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları arasındakı final oyununun Portu şəhərindəki "Draqau" stadionunda olacağını açıqlayıb. Matçın daha əvvəl Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi