UEFA Portuqaliya klubunu cərimələyib
Futbol
- 09 mart, 2024
- 06:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Portuqaliyanın "Benfika" klubunu 28000 avro cərimələyib.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Lissabon təmsilçisinin Fransada "Tuluza" ilə qolsuz heç-heçə etdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (0:0) yaşananlar səbəb olub.
Fevralın 22-də baş tutan görüşdə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər və meydana kənar əşyalar atıblar. "Benfika" buna görə 20000 avro cərimələnib.
Klub stadiona ziyan dəydiyi üçün əlavə 8000 avro ödəyəcək.
Qeyd edək ki, ilk rəqibini 2:1 hesabı ilə üstələyən "Benfika" 1/8 finala yüksəlmişdi. Komanda bu raundun ilk qarşılaşmasında evdə Şotlaniyanın "Reyncers" kollektivi ilə bərabərə qalıb - 2:2.
Son xəbərlər
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region
22:20
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb - YENİLƏNİB
Digər ölkələr
22:07
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
Digər ölkələr
21:59
"Real" Tibo Kurtua ilə müqavilənin müddətini uzadır
Futbol
21:56
Foto
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
Xarici siyasət
21:52
Şaffer: Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi Ermənistanla sülhə yol açıb
Xarici siyasət
21:45
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
Din
21:37
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Region