UEFA-nın "Qarabağ"ın legionerinə verdiyi cəzanın müddəti bəlli olub
Futbol
- 31 yanvar, 2024
- 05:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA-nın "Qarabağ"ın futbolçusu Marko Veşoviçə verdiyi cəzanın müddəti bəlli olub.
"Report"un məlumatına görə, Avropa futbol qurumu 32 yaşlı cinah müdafiəçisini bir oyun diskvalifikasiya edib.
Monteneqrodan olan oyunçu dekabrın 14-də İsveçin "Hakken" komandasını məğlub etdikləri (2:1) Avropa Liqasının qrup mərhələsinin VI turunun qarşılaşmasının 56-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
Veşoviç Portuqaliyada "Braqa"ya qarşı keçirəcəkləri pley-offun ilk oyununu buraxacaq. O, Bakıda gerçəkləşəcək cavab görüşündə komanda yoldaşlarına kömək edə biləcək.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.
Son xəbərlər
03:21
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
Digər ölkələr
02:51
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
Digər ölkələr
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region
01:05
Foto
Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb
Region
00:58
"Bloomberg": Huanq rəhbərliklə razılaşdırılmadan "Nvidia"ya qaytarılıb
Biznes
00:22
NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək
Digər ölkələr
00:07
ABŞ bir həftə ərzində Hörmüz vasitəsilə 108 milyon barel neft daşındığını açıqlayıb
Digər ölkələr