UEFA Mxitaryanın Bakıya gətirilməməsinə münasibət bildirib

UEFA Mxitaryanın Bakıya gətirilməməsinə münasibət bildirib UEFA İngiltərənin Arsenal klubunun futbolçusu Henrix Mxitaryanı Bakıdakı Avropa Liqasının finalına gətirməməsinə münasibət bildirib.
Futbol
172
21 May , 2019 17:13
UEFA Mxitaryanın Bakıya gətirilməməsinə münasibət bildirib

UEFA İngiltərənin "Arsenal" klubunun futbolçusu Henrix Mxitaryanı Bakıdakı Avropa Liqasının finalına gətirməməsinə münasibət bildirib.

"Report" "Evening Standard"a istinadən xəbər verir ki, qurum bunun 30 yaşlı yarımmüdafiəçinin şəxsi qərarı olduğunu vurğulayıb.

Bildirilib ki, UEFA Mxitaryan üçün London təmsilçisinə böyük təhlükəsizlik planı təqdim edib: "UEFA oyunçu ilə bağlı Azərbaycanın ali hakimiyyət orqanlarından təhlükəsizliyi ilə bağlı təminat alıb. Bu zəmanətlər nəticəsində hərtərəfli təhlükəsizlik planı hazırlanaraq kluba verilib. "Arsenal" UEFA və Azərbaycan hökumətinin bu məsələdə səy göstərdiyini qəbul edir. Biz klubun futbolçu ilə finala getməmə qərarına hörmətlə yanaşırıq". 

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Çelsi” ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi