Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.
"Report"un məlumatına görə, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.
Milan şəhərindəki "San-Siro" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı ingiltərəli Entoni Teylor idarə edəcək.
İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələyib.
İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşma isə daha tez - Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Bu oyun Turindəki "Yuventus" stadionunda gerçəkləşəcək.
UEFA Millətlər Liqası, final mərhələsi
Üçüncü yer uğrunda görüş
17:00. İtaliya - Belçika
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Turin. "Yuventus" stadionu
Final
22:45. İspaniya - Fransa
Baş hakim: Entoni Teylor (İngiltərə)
Milan. "San-Siro" stadionu
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.