UEFA Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb

Futbol
  • 11 noyabr, 2026
  • 13:06
UEFA Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb

UEFA Millətlər Liqasında keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb.

"Report" xəbər verir ki, D Liqasının qarşılaşması Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Kristo Tohverə Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.

VAR-da Marko Liva, AVAR-da Yuri Frişer əyləşəcək.

Xatırladaq ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.