UEFA klublara pandemiyanın təsirlərindən özlərinə gəlmələri üçün klublara yardım paketi ayırmaq niyyətindədir.
"Report"un Bloomberg"ə istinadən məlumatına görə, həmin məbləğ 2 milyard avrodan 6 milyard avroyadək nəzərdə tutulub.
Maliyyələşmə fondunun yaradılması UEFA-nın təqdim etdiyi üçtərəfli strategiyanın bir hissəsi sayılır. Yaxın həftə ərzində formalaşdırılacaq fond böhranlı vəziyyətlərdə pul ehtiyatının yaradılmasını və maliyyə feyr pleyi barədə yeni qaydaların tətbiqini nəzərdə tutur.
Klubların fonddan daha aşağı istiqrazlarla vəsait cəlb etmək imkanı qazanacaqları və mövcud borclarını daha uzun dövr üçün restrukturizasiya edə biləcəkləri planlaşdırılır. Bildirilir ki, klubların əldə etdikləri vəsaitlərin məbləği 13 faiz aşağı düşüb. Bu isə hətta aparıcı klubların maliyyə imkanlarını şübhə altına alıb.
Mənbə UEFA-nın oyunçuların əmək haqlarına yeni məhdudiyyətlər tətbiq etməklə, İngiltərənin "Çelsi" və "Mançester Siti" kimi varlı sahiblərə malik klublarına ədalətsiz üstünlük imkanı verməyəcəyi vurğulanıb.