UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb

UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb Dekabrın 16-da keçiriləcək UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb.
Futbol
10 Dekabr , 2021 17:20
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb

Dekabrın 16-da keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, videokonfrans formatında gerçəkləşəcək toplantıda 5 məsələ müzakirə ediləcək.

Gündəliyə 2030-cu ilədək Futbol və davamlılıq strategiyası, maliyyə feyr-pleyi qaydalarına dair yeniliklər, UEFA Grassroots mükafatları, futzal yarışları üçün ev sahiblərinin təyin edilməsi və UEFA-nın tibbi qaydaları (2022-ci il nəşri) daxil edilib.

Qeyd edək ki, dekabrın 16-də həmçinin UEFA Millətlər Liqasının püşkü atılacaq.

Son xəbərlər

Orphus sistemi