UEFA hakimlərin işinə qiymət verdi

UEFA hakimlərin işinə qiymət verdi Futbol üzrə Avropa çempionatında hakimlərin işi uğurlu olub.
Futbol
14 İyul , 2021 14:04
UEFA hakimlərin işinə qiymət verdi
Roberto Rozetti

Futbol üzrə Avropa çempionatında hakimlərin işi uğurlu olub.

"Report"un məlumatına görə, belə bir fikri UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti onlayn konfransda səsləndirib. İtaliyalı sabiq referi baş hakim və köməkçilərinin əla işini, VAR sistemindən düzəliş dəstəyini gördüklərini və keçirilmiş 51 matçda tənqid üçün səbəblərin minimum olduğunu vurğulayıb.

O, habelə oyunçularla məşqçilərin hakimlərə və onların işə yanaşmasına hörmət etdiklərini dilə gətirib.

Qeyd edək ki, AVRO-2020-nin oyunlarını 18 baş hakim idarə edib. Onların arasında türkiyəli referi Cüneyt Çakır da olub.

Son xəbərlər

Orphus sistemi