UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibi müəyyənləşir

UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibi müəyyənləşir Bu gün UEFA Gənclər Liqasında Çempionlar Yolunun l mərhələsinin püşkatması keçiriləcək.
Futbol
31 Avqust , 2021 07:30
UEFA Gənclər Liqası: Qəbələnin rəqibi müəyyənləşir

Bu gün UEFA Gənclər Liqasında Çempionlar Yolunun l mərhələsinin püşkatması keçiriləcək.

"Report"un məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Püşkatmada Azərbaycan təmsilçisi "Qəbələ"nin də rəqibi bəlli olacaq.

Çempionlar yolunda 32 iştirakçı 16 cüt təşkil edəcək.

“Qəbələ” ilə yanaşı, "Deportivo La Korunya” (İspaniya), "Köln" (Almaniya), "Empoli" (İtaliya), "Anje" (Fransa), "Genk" (Belçika), “AZ” (Niderland), "Trabzonspor" (Türkiyə), "Midtüllan" (Danimarka), "Reyncers" (Şotlandiya) , "Sparta" (Praqa, Çexiya), APOEL (Kipr), PAOK (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), "Hayduk" (Xorvatiya), “Hammarbü” (İsveç) "Rusenborq" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Kayrat" (Qazaxıstan), "Minsk" (Belarus), "Septemvri" (Sofiya, Bolqarıstan) “Csikszereda" (Rumıniya), "Poqon" (Polşa), "Jilina" (Slovakiya), "Domjale" (Sloveniya), MTK (Macarıstan), "Jalgiris" (Litva), "Akademiya" (Albaniya), “Dauqavpils” (Latviya), “Şkendiya” (Şimali Makedoniya), “Zvezda” (Bosniya və Herseqovina), “Sent Patriks” (İrlandiya) turnirdə mübarizə aparacaq.

l mərhələnin oyunları sentyabrın 29-da, cavab görüşləri isə oktyabrın 20-də baş tutacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. "Qəbələ" ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.

Son xəbərlər

Orphus sistemi