UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibləri bəlli olub

UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibləri bəlli olub Komanda ilk matçını səfərdə keçirəcək
Futbol
31 avqust 2022 11:27
UEFA Gənclər Liqası: Qəbələnin rəqibləri bəlli olub

"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının II mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, "qırmızı-qaralar" I mərhələdə Xorvatiya "Hayduk"unu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Astana" (Qazaxıstan) - "Apolonia" (Albaniya) cütünün qalibi ilə görüşəcək.

İlk qarşılaşma səfərdə keçiriləcək.

15:16

"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının I mərhələsindəki rəqibi bəlli olub.

"Report"un məlumatına görə, "qırmızı-qaralar" ilk raundda Xorvatiya "Hayduk"u ilə üz-üzə gələcək. Komanda ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, bu gün komandanın II mərhələdəki potensial rəqiblərinin də adına aydınlıq gələcək. I mərhələnin ilk oyunları sentyabrın 14-də, cavab qarşılaşmaları oktyabrın 5-də, II mərhələnin ilk matçları oktyabrın 26-da, cavab görüşləri isə noyabrın 2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi