UEFA dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı bəyanat yayıb

UEFA dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı bəyanat yayıb UEFA FIFA-nın dünya çempionatını iki ildən bir keçirilməsi təklifi ilə bağlı bəyanat yayıb.
Futbol
627
22 Sentyabr , 2021 19:31
UEFA dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı bəyanat yayıb

UEFA FIFA-nın dünya çempionatının iki ildən bir keçirilməsi təklifi ilə bağlı bəyanat yayıb.

"Report"un məlumatına görə, Avropa futbol qurumu bu ideyanın kiyafət qədər təhlükəli olduğunu bildirib.

Bəyanatda qeyd olunub ki, mundialın iki ildən bir təşkili onun əhəmiyyətinin azalmasına, müntəzəm matçların final turnirləri ilə əvəzlənməsi səbəbindən zəif yığmalar üçün idman imkanlarının məhdudlaşmasına səbəb olacaq.

Bundan əlavə, futbolçuların bərpa prosesi keçmək üçün uzunmüddətli fasilə almaq əvəzinə hər il yüksək intensivli yay yarışlarında mübarizə aparmaq məcburiyyətində qalacaqları vurğulanıb: "Bu, ilk baxışdan ciddi narahatlıqlardan yalnız bir neçəsidir. Sıx təqvimin faydaları haqqında əsassız reklam şüarları ilə bu reallığı dəyişmək olmaz".

"Sentyabrın 14-də UEFA və quruma üzv olan 55 milli assosiasiya FIFA-dan bu ideyanın təsiri ilə bağlı narahatlığını bildirmək üçün xüsusi görüş təşkil edilməsini istəyib. Ali futbol qurumundan hələ də bununla bağlı cavab gəlməyib", - bəyanatda bildirilib.

Son xəbərlər

Orphus sistemi